​Arda Turan 3 saat dindirildi, sərbəst buraxıldı

Baxış sayı:
4081

Futbolçu Arda Turan Beşiktaş rayon Polis Şöbəsində 3 saat ifadə verib.
Muxalifet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 3 saatlıq dindirmədən sonra futbolçu sərbəst buraxılıb. Prokuror qəsdən adam yaralama və silahla təhdid ittihamları ilə Arda Turanın həbsini tələb edib. Bu səbəbdən də futbolçu sorğuya çəkilib.
Turanın qarşılıq şikayət etdiyi bildirilir. 
Qeyd edək ki, Arda Turanın gecə klublarından birində müğənni Berkayın həyat yoldaşı Özlem Şahinə sataşdığı, sənətçini isə döydüyü bildirilir. İddiaya görə, bundan sonra xəstəxanaya yerləşdirilən Berkayın yanına gedən Turan ona qarşı silah da yönəldib.