Arda Luçeskudan vaxt istədi

Baxış sayı: 75

Türkiyə millisinin yeni baş məşqçisi Mirça Luçesku İspaniyada Arda Turanla görüşüb.
 
Baş məşqçi Ardadan milli komandaya qayıtmasını təklif edib.
“Sən Türkiyənin ən karyeralı futbolçususan. Milli komandanın sənə ehtiyacı var. Keçmişi yaddan çıxarıb ay-ulduzlu formaya qayıtmağını istəyirəm”, – Luçesku Arda Turana bildirib.
Ulduz futbolçu isə baş məşqçidən vaxt istəyib.
Qeyd edək ki, Mirça Luçesku eyni zamanda “Milan”a transfer olmuş Hakan Çalhanoğlu ilə də görüşərək qarşıdakı çətin oyunlara hazır olmağını istəyib./axar.az