Ard-arda partlayış törətdilər: Onlarla PKK / YPG-li öldü

Baxış sayı:
9595

Suriyada yerli mənbələrə görə, ölkənin şimalındakı Raqqa şəhər mərkəzində gecə gec saatlarında YPG / PKK terrorçularının istifadə etdiyi ictimai asayiş binasında sözdə hərbi polis mərkəzində iki partlayış baş verib.
 
Bomba hücumları nəticəsində ən az 20 YPG / PKK terrorçusu öldürülüb.
Mənbələr dediklərinə görə, terror təşkilatı partlayışla bağlı əhaliyə xəbərdarlıq edib və heç kim hücum sahələrinə yaxınlaşmır.
Qeyd edək ki, Münbiç rayonunda bir gün əvvəl İŞİD terrorçuları tərəfindən YPG / PKK-nın sözdə hərbi toplantı mərkəzində partlayış törədilmişdi.
2014-cü ilin yanvar ayında İŞİD terror təşkilatı tərəfindən tutulan Suriyanın Raqqa şəhəri, ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin hava dəstəkli əməliyyatı nəticəsində 17 oktyabr 2017-ci ildə terror təşkilatı YPG / PKK tərəfindən işğal edilib.
Müxalifət.az