Araz və Elvin niyə cəzalandırıldı? - SƏBƏB AÇIQLANDI

Baxış sayı:
4183

Millimizin baş məşqçisi Qurban Qurbanovun yığmanın futbolçuları Araz Abdullayev və Elvin Yunuszadəni cəzalandırmasının səbəbi müəyyənləşib.
Haqqın.az-ın yaydığı xəbərə görə, hər iki oyunçu Belarusla yoxlama görüşünün keçirildiyi gün yatıb qaldıqları və bu səbəbdən komandanın ümumi toplantısına vaxtında çata bilmədikləri üçün 45 yaşlı mütəxəssis onları cəzalandırmağa qərar verib.
Qeyd edək ki, Q.Qurbanov Belarusla yoxlama oyunundan sonra keçirilən mətbuat konfransında A.Abdullayev və Elvin Yunuszadəni kiçik xətaya yol verdikləri görə matçın sifariş ərizəsinə daxil etmədiyini açıqlamışdı. O, bu futbolçulardan birini Makedoniya ilə Antalyada keçiriləcək yoxlama matçına aparmayacağlnı da istisna etməyib.