Araz Ağalarovun şirkətindən FTX-yə şikayət etdilər

Futbol üzrə 2018-ci ildə keçiriləcək dünya çempionatının stadionlarına görə Araz Ağalarovun Crocus Group-undan Federal Təhlükəsizlik Xidmətinə şikayət ediblər.
 
Virtualaz.org “life”yə istinadən bildirir ki, “Crocus” əməkdaşları “Rospotrebnadzor”a Rostov və Kalininqrad stadionlarında radiasiyanın səviyyəsini ölçməyə icazə verməyiblər. Nəticədə idarə Federal Təhlükəsizlik Xidmətində müraciət etmək qərarına gəlib.
Xatırladaq, futbol üzrə dünya çempionatı 2018-ci ilin 14 iyun-15 iyul aralığında qonşu ölkənin 11 şəhərində keçiriləcək.