Araz Ağalarovun qardaşı qızının evi qarət olundu

Baxış sayı:
370

“Crocus Group”un prezidenti Araz Ağalarovun qardaşı qızı, iş xanımı Səbinə Ağalarovanın Rusiyanın Moskva şəhərindəki evi qarət olunub.

Muxalifet.az “REN TV”yə istinadən xəbər verir ki, iş xanımı polisə müraciət edərək şəhərin Leninsk prospektində yerləşən mənzilindən külli miqdarda pulun oğurlandığını bildirib.

Evini avqustun 9-da tərk edən Səbinə ora yalnız 10 gün sonra dönüb. Seyfini yoxlamayan Ağalarova daha sonra oradan 25 min dolların, eləcə də 2 ədəd xəz paltonun yoxa çıxdığını görüb. Oğrular ev sahibəsinin qiymətli bəzək əşyalarına toxunmayıb. 

S. Ağalarova öz əməkdaşlarından və mühafizəçisindən şübhələnir.