Araşdırmaçı jurnalist Xədicə İsmayılın anası xərçəng xəstəliyindən Ankarada vəfat edib

Baxış sayı:
5185

Elmira İsmayılova Türkiyənin Ankara şəhərində xərçəng xəstəliyinə görə əmaliyyat olunub və buna baxmayaraq martın 8-də vəfat edib.
 
Çərşənbə axşamı Xədicə İsmayılova Məhkəmə icrası ofisinə gedərək ona tətbiq olunan səyahət qadağasının qaldırılmasını istəyib.
Səbəb kimi anasına Türkiyədə xərçəng xəstəliyi diaqnozu qoyulduğunu və vəziyyətinin kritik olduğunu deyib. Bu barədə jurnalist öz Facebook hesabında yazıb.
Onun sözlərinə görə, Məhkəmə icrası ofisindən ona rəsmi cavabın martın 10-da veriləcəyi deyilib. Elmira İsmayılova araşdırmaçı jurnalistin anası olmaqla yanaşı həm də fəal vətəndaş kimi aksiyalara, kütləvi nümayişlərə qatılıb.
Qızı təzyiqlərə məruz qalan zaman və həbsdə olan zaman ona aktiv dəstək göstərib.
O, Xədicə İsmayıl həbsdə olan zaman ona verilən Guillermo Cano Dünya Mətbuat Azadlığı Mükafatını alarkən BBC-ə müsahibəsində qızının həbsinə təəssüflənmədiyini deyib.