Aralıq dənizinin şərqində TÜRKİYƏYƏ QARŞI SAMMİT

Muxalifət.az xəbər verir ki, Türkiyə ilə Şimali Kipr Türk Respublikasının son günlərdə xəbərdarlıq etdikləri Kipr yunan rəhbərliyi bu gün Yunanıstan və Misir liderlərinin də iştirakı ilə üçtərəfli enerji sammitinə ev sahibliyi edib.
Misirin lideri Əbdülfəttah Əl Sisi Yunanıstanın baş naziri Aleksis Çiras ilə yunan lideri Nikos Anastasiasdis, şərqi Aralıq dənizində təbii qaz yataqlarının bölüşdürülməsi və Avropaya transferi məsələlərini müzakirə eləmək üçün görüşüblər.
 
Üçlüyün 5-ci görüşü
Misir, Yunanıstan və yunan Kipri arasındakı enerji sammiti ilk deyil, 5-ci dəfə keçirilir. Qazı Türkiyə əvəzinə, fərqli yollardan Avropa ölkələrinə çıxarmaq istəyən üçlük ilk dəfədir ki, Kiprdə toplanır. Yunan Kiprinin rəhbərliyi ilə Yunanıstan bu formada İsrail ilə də görüş keçirirlər.