​ARALIQ DƏNİZİNDƏ GƏRGİNLİK - Cənubi Kipr və Yunanıstana etiraz

Baxış sayı:
5284

Şimali Kipr: “Aralıq dənizinin şərqində təbii qazı ya birlikdə axtaracağıq, ya da bütün işlər dayandırılacaq”
Şimali Kipr Türk Cumhuriyyətinin xarici işlər naziri Qüdrət Özersay yunan tərədinin adanın ətrafında neft və təbii qaz axtarmağa davam edəcəyi təqdirdə, türk tərəfinin də axtarışlar aparacağını bildirib.
Muxalifet.az hurriyyet.org-a istinadən xəbər verir ki, Yunan Kipri adanın ətrafındakı dəniz sularında neft və təbii qaz axtarışları üçün beynəlxalq enerji şirkətləri ilə razılaşma imzalayıb. Lakin İtaliyanın “Eni” şirkəti Türkiyənin dəniz qüvvələrinin əngəllənməsi səbəbi ilə planlaşdırılan axtarış işlərindən vaz keçib. ABŞ-ın “Ekson Mobil” şirkətinin də yunan tərəfi üçün bu il axtarışlara başlaması gözlənilir.
Şimali Kiprin xarici işlər naziri Qüdrət Özersay deyib: “Aralıq dənizinin şərqində təbii qazı ya birlikdə axtaracağıq, razılıq əldə edəcəyik, ya da bütün işlər dayandırılacaq. Yaxud da əksinə, biz də axtarışlara başlayacağıq”.
Türkiyə Avropa İttifaqının üzvü olan Cənubi Kipr yunan hökumətinin Ankaranın razılığını almadan başladığı kəşfiyyat işlərini əngəlləyəcəyini əvvəlcədən bəyan eləmişdi. Yunanlar isə geri addım atacaqları barəsində heç bir işarə verməyiblər.
Özersay gərginliyin artması ehtimalı barəsindəki suala belə cavab verib: “Gərginliyi artırmaq niyyətimiz yoxdur, bir qədər soyuqqanlı davranmağa çalışırıq. Ona görə də, son hadisə zamanı güc tətbiq eləmədik”.