​Apteklərə narkotik satan şəxslərə HÖKM OXUNDU- biri həbs edildi

Baxış sayı:
5578

Gürcüstandan psixotrop maddələr gətirən şəxslərə hökm oxunub.
Bakı Ağır Cinayətlər Məhkəməsində Şahin Qurbanov və Cavidan Hüseynovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən Şahin Qurbanov 3 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs edilib. Cavid Hüseynov isə 1000 manat cərimə edilib.
Qeyd edək ki, onlar Azərbaycana qaçaqmalçılıq yolu ilə külli miqdarda psixotrop tərkibli dərman preparatlarını keçirməkdə ittiham ediliblər.
Daxili İşlər Nazirliyinin məlumatına görə, insan orqanizminə ciddi zərər vuran, satışı müvafiq qanunvericiliyə əsasən qadağan olunmuş psixotrop tərkibli dərman preparatlarının ölkəyə gətirilməsinin, o cümlədən alqı-satqısının qarşısının alınması istiqamətində daxili işlər orqanları tərəfindən növbəti uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirilib. Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Gürcüstan Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycana psixotrop tərkibli dərman preparatlarını keçirən mütəşəkkil cinayətkar dəstə barədə əməliyyat məlumatı daxil olub.
Baş İdarə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin mütəşəkkil cinayətkar dəstənin üzvləri Cavidan Hüseynov və Füzuli rayon sakini Şahin Qurbanov saxlanılıb.
Saxlanılan şəxslərin üzərlərindən, həmçinin yaşadıqları evlərdən külli miqdarda güclü psixotrop təsirə malik olan “Rivotril”, “Ksanaks”, “Tramadol”, “Relanium”, “Lyrica” və satışı qadağan olunan digər adlarda dərman preparatları aşkar olunaraq götürülüb. Onlar həmin malları apteklərə satırmış./Musavat.com