Aprel savaşında nə qədər erməni əsgəri ölüb?- Erməni ekspertdən ŞOK AÇIQLAMA

Baxış sayı:
18511

2016-cı ilin aprelində baş verən 4 günlük savaş ermənilərin acı məğlubiyyəti ilə nəticələndi.
Ermənilər bu ildırımsürətli 4 günlük müharibədə nə qədər itki vermələri ilə bağlı həqiqəti bu günə qədər gizlədir. Bunu erməni mətnuatının özü də etiraf edir, bu günlərdə isə erməni hərbi ekspert Ara Abramyan mövzuyla bağlı şok açıqlama yayıb. Erməni hərbi ekspert paylaşdığı statusda aprel savaşı zamanı ermənilərin ən azı 470 əsgər və zabit itirdiyini bildirib və onların bir qisminin şəklini paylaşıb. Hərbi ekspert ikinci bir aprel savaşının ermənilərin biabırçı məğlubiyyəti ilə nəticələncəyini bildirib. Ara Abramyan Qarabağdakı ermənilərin Yerevanın istəyi ilə hərəkət etməməyə çağırıb:
”Onlar savaş istəyir. Amma savaşda kim döyüşəcək. Əlbəttə müharibədə əzilən yenə Qarabağda yaşayan ermənilər olacaq. Əgər Azərbaycan ikinci bir aprel savaşına başlasa bütün Qarabağı 3 günə azad edəcək. O, zaman Nikol Paşinyanın komandası bizə heç bir yardım edə bilməyəcək. Çünki onlar heç yardım etmək fikrində də deyillər...”/Sfera.az