Aprel döyüşlərinin qəhrəmanının adı orta məktəbə verildi

Baxış sayı:
9265

Nazirlər Kabineti Azərbaycanın Milli Qəhrəmanın adının orta məktəbə verilməsi haqda qərar verib.
Muxalifet.az “Yeni Sabah”-a istinadən xəbər verir ki, qərarla Neftçala şəhər 1 nömrəli tam orta məktəbə Azərbaycanın Milli Qəhrəmanı Samid İmanovun adı verilib.
Bu təklifi Neftçala Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmış şəkildə irəli sürüb.
Qeyd edək ki, 1981-ci il təvəllüdlü S. İmanov aprel döyüşləri zamanı Talış yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid olub.