Aprel döyüşləri haqqında 3 il sonra uydurulan yalan – “Mülki ermənilərə işgəncə verilib”

Baxış sayı:
15295

Erməni millət vəkili Sos Avetisyan Avropa Şurası Parlament Assambleyasındakı çıxışında Azərbaycanın ünvanına yeni böhtanlar səsləndirib.
Moderator.az erməni mənbələrinə istinadən xəbər verir ki, çıxışında ölkəmizi terroru dəstəkləyən dövlət olduğunu vurğulayan S.Avetisyan, 2016-cı ilin aprel döyüşlərində azərbaycanlıların mülki ermənilərə işgəncə verdiyini iddia edib. O, qeyd edib ki, “işgəncəyə məruz qalan” insanların savaşla heç bir əlaqəsi olmayıb.
S.Avetisyanın səsləndirdiyi digər fikirlər də Azərbaycanın vəhşi, zorsakı obrazının formalaşmasına hesablanıb.
Məlumat üçün qeyd edək ki, ermənilər bu günə qədər aprel döyüşləri ilə bağlı çoxsaylı yalanlar səsləndirsələr də, bu döyülərdə mülki ermənilərə işgəncə verilməsi ilə bağlı heç bir iddia irəli sürməyiblər. Aprel döyüşlərindən 3 il sonra erməni millət vəkilinin birdən-birə belə bir iddia ilə çıxış etməsi erməni böhtan maşınının fasiləsiz olaraq çalışdığını, nə dərəcədə inandırıcı olub-olmamasından asılı olmayaraq, Azərbaycanı ləkələyə biləcək hər cür böhtandan maksimum istifadə etməyə çalışdığını göstərir.
Xatırladaq ki, nəinki aprel döyşülərində, ümumiyyətlə Qarabağ müharibəsində Azərbaycan ordusu heç bir mülki erməniyə qarşı zorakılıq sərgiləməyib. Əksinə, minlərlə mülki azərbaycanlını kütləvi qətliyama məruz qoyan ermənilər onlara qarşı dəhşətli amansızlıqlar sərgiləyib, qadınları, qocaları, azyaşlı uşaqları ən ağır işgəncələrlə ölümə məhkum edib.