​"Apple"dan tarixi ETİRAF: smartfonlar qüsurludur

"Apple" şirkəti yeni "iPhone X" smartfonlarında qüsurların olduğunu etiraf edib.
Muxalifət.az xəbər verir ki, şirkət soyuq havada sensorlu ekranın toxunuşlara reaksiya vermədiyini bildirib.
Qeyd olunur ki, daha öncə istifadəçilər sıfır dərəcəyə yaxın hava şəraitində telefonun ekranının işləmədiyini bildiriblər. Bundan sonra "Apple" şirkəti bu qüsurun mövcud olduğunu etiraf edib.
Şirkət bu problemin növbəti yenilənmə zamanı aradan qaldırılacağını bəyan edib./trend/