​AP: Kataloniyanı heç kim tanımayacaq

Avropa dövlətləri Kataloniyanın müstəqilliyini dəstəkləməyəcəklər.
Bunu “Kope” radiosuna müsahibəsində Avropa Parlamentinin sədri Antonio Tayani söyləyib.
“Kataloniya böhranı İspaniyanın daxili işidir. Avropa dialoq tərəfdarıdır. Yaxşı olardı ki, Kataloniya müstəqilliyini elan etməsin. Avropada heç kim bu müstəqilliyi tanımayacaq”, – deyə o bildirib.