Antarktidada nəhəng deşik tapıldı - FOTO

Baxış sayı: 77

Antarktida ərazisində ölçülərinə görə ABŞ-ın Men ştatının ərazisi ilə (təxminən 90 min kvadrat kilometr) müqayisə edilə bilən ölçüdə deşik yaranıb.
Muxalifet.az xəbər verir ki, bu haqda “Motherboard” nəşri yazıb.
Toronto Universitetindən professor Kent Murun sözlərinə görə, bu cür deşiklər adətən Antarktidanın sahilboyu regionlarında yaranır. Ancaq deşik “naməlum proseslər” nəticəsində sahildən yüzlərlə kilometr içəridə ortaya çıxıb.
“Əgər bizdə peyk görüntüləri olmasaydı, biz orada nə olduğunu bilməzdik”, - Mur qeyd edib.
Qeyd edək ki, daha əvvəl Avstraliya Milli Universitetinin alimləri Antarktidanın vulkanik mağaralarında dezoksiribinuklein turşusunun izlərini aşkar ediblər. “Polar Biology” jurnalında dərc edilən tədqiqatın nəticələrinə görə, bu izlər elmə məlum olmayan heyvanlara aid ola bilərlər. Bu, onun sübutu ola bilər ki, orada həyat var.
Son məlumatlara görə, Antarktidanın ərazisində ən azı 138 buzaltı vulkan var.