​Antalyada "Professor" ləqəbli "vor zakon"a da GÜLLƏ DƏYİB

Baxış sayı:
4132

Ötən bazar günü Türkiyənin kurort şəhəri Antaliyada kriminal aləmdə“Giya Kutaiskiy” kimi tanınan Qayoz Zviadadzeyə sui-qəsd nəticəsində “Professor” və “Qiqa Kaxatenes” ləqəbləri ilə məşhur olan qanuni oğru da güllə yarası alıb.
Muxalifət.az virtualaz.org-a istinadən xəbər verir ki, 26 yaşlı Qiqa Petriaşvili hadisə zamanı “Giya Kutaiskiy”nin yanında olub. Güllə “Professor”un ayaq nahiyyəsindən dəyib.
Hadisə kriminal aləmdə “Remen” ləqəbi ilə tanınan qanuni oğru Roman Barbakadzenin Antaliyadakı evinin qarşısında baş verib. Qayoz Zviadadze və Qiqa Petriaşviliyə mənzilin giriş qapısında hücum edilib.
Hadisə yerinə ilkin baxış onu göstərir ki, killerlərin əsas hədəfi “Giya Kutaiskiy”olub. “Professor”u yaralasalar da, onu öldürməyiblər. Oğru qanunlarına görə qətlin sifarişçiləri ilə haqq-hesab çürütmək “Professor”un öhdəsinə düşür. O, “Giya Kutaiskiy “ə görə olmasa belə, ən azından özünə görə sifarişçilərlə “hesablaşmalıdır”, onlardan qisasını almalıdır.
Xatırladaq ki, Şakro Molodoy”un rəqibi olan “Giya Kutaiskiy” aprelin 8-də Antaliyanın mərkəzində, Aralıq dənizinin sahillərində gəzinti zamanı odlu silahdan açılan atəşlə qətlə yetirilib. Rusiya hüquq-mühafizə orqanlarında “vor zakon”un qətlinin kriminal aləmdə taxt-tac uğrunda qanlı müharibənin başlanğıcıdır.