Antalyada “kreditlə" istirahət şansı - Qiymətlər

Baxış sayı:
6667

Turizm firmaları yay mövsümündə istirahət etmək istəyən vətəndaşlara “hissə-hissə ödəniş” imkanı elan ediblər.

 
Antalya, Bodrum, Yesentuki, Kislovodski, Karlovı-Varı və s. turistik istiqamətlərə getmək istəyənlər indidən məbləğin 30 faizini ödəyir, yerdə qalan məbləği hissə-hissə, getməyə iki həftə qalmışa qədər ödəmək imkanı qazanır.
Ona görə də yayda istirahət planı quranlar yanvar-fevral aylarında otellərini bronlayırlar, hər ay maaşdan ödəniş etməklə işlərini yüngülləşdirirlər.
Hazırda Yesentuki sanatoriyalarında 15 günlük istirahət və müalicə adambaşına təxminən 700-1000 manat civarında dəyişir. Bu fərq təyyarə, yoxsa avtobusla getməkdən asılıdır.
Antalyada beşulduzlu oteldə bir həftə iki adamın dincəlməyi isə təxminən 2000-2200 manata başa gəlir.