​ANKARANIN YENİ MERİ MƏLUM OLDU

Ankara Böyükşəhər Bələdiyyəsinin yeni rəhbərinin kimliyi bəlli olub.
Muxalifət.az-ın məlumatına görə, bu vəzifəyə Ədalət və İnkişaf Partiyasından (AKP) Mustafa Tuna seçilib.
M.Tuna 2009-2014-cü illərdə Ankaranın Sincan rayonunun bələdiyyə başçısı olub.
Qeyd edək ki, bir neçə həftə əvvəl Ankara Böyükşəhər Bələdiyyəsinin başçısı Melih Gökçek istefaya göndərilmişdi.