Ankaranın Bələdiyyə sədri Mansur Yavaş Kılıçdaroğlunu tək qoyaraq qaçıb

Baxış sayı:
8941

CHP sədri Kamal Kılıçdaroğlına yumruqlu hücumla bağlı mübahisələr davam edərkən, dəfndə olan şəxslərdən Ana Vətən Partiyasının sədri İbrahim Çələbi, baş verən hadisələri bütün çılpaqlığı ilə danışıb. Kamal Kılıçdaroğlunun cənazə mərsiminə gəlişini, mülki nömrəli avtomobildə gəldiyi üçün kimsənin fərq etmədiyini dilə gətirən Çələbi, bunları söyləyib:
 
“Ankaranın Bələdiyyə sədri Mansur Yavaş Kılıçdaroğlunun yanında idi. Kılıçdaroğlu gələndə böyük etirəz səsləri qalxdı. Sıx etirazlar altında cənazə namazını əda etdik. Sonra bizə dedilər ki, top maşınında şəhidimiz keçəcək, onu salamlayacağıq. Kamal Kılıçdaroğlu mənim düz yanımdaydı, onun sağında da Mansur Yavaş dayanmışdı. Top arabası keçərkən də etirazlar davam etdi. Top arabası keçdi, o zaman bir yoldaş Ankara Böyükşəhər Bələdiyyə başçısı Mansur Yavaşın yanına gələrək “Başqanım səni buradan çıxarmağımız lazımdır” dedi. Mən buna şəxsən şahidəm. Mansur Yavaş da orada partiya sədrini qoyub, ona heç nə demədən onu xəbərdar edən adamla birlikdə izdihamın içərisindən necə deyərlər əkildi, qaçdı. O adam gələndə sözlü etirazlar davam edirdi" deyib.
 
"DƏYƏNƏK FİLAN YOX İDİ"
 
 Çələbi hadisələrin xaricdən təşkil edildiyi yönündəki iddiaları isə təkzib edib. Kılıçdaroğluna etiraz edənlərin hamısı eyni məhəllədən olduğunu qeyd edən ANAP lideri, "Etiraz edənlər də tamamilə kəndli idilər. Spontan başladı bu hadisə. Deyirlər ki, guya dəyənəklər vardı, filan, heç bir şey yox idi" deyərək CHP-ni təkzib edib.
Müxalifət.az