Ankaranın Bakını itirməsi və İrəvanla razılaşması... - Politoloq

Baxış sayı:
4954

Ermənistanın əvvəlki rəhbərliyi də buna bənzər təkliflər verdi, amma bu, Türkiyə tərəfindən qəbul edilmədi, çünki bugünkü Azərbaycan-Türkiyə münasibətləri bu və ya digər dərəcədə Türkiyə-Ermənistan münasibətləri ilə tamamilə bağlıdır. Muxalifet.az xəbər verir ki, bu sözləri Ermənistanın müvəqqəti baş nazir postunu icra edən Nikol Paşinyanın Türkiyə ilə bağlı açıqlamasını şərh edərkən politoloq İlqar Vəlizadə sputnik -ə bildirib. "Türkiyə-Ermənistan sərhədinin açılması üçün Türkiyənin şərtləri yerinə yetirilməlidir. Bu cür təkliflər realist görünmür, real vəziyyətlə uyğun gəlmir. Bundan başqa, Türkiyə-Ermənistan münasibətlərinin qeyri-müəyyən gələcəyi qarşılığında Azərbaycanı müttəfiq və ən yaxın tərəfdaşı kimi itirmək Türkiyə üçün qəbuledilməzdir və Ankaranın buna razı gəlməsi mümkün deyil", - politoloq qeyd edib. Qeyd edək ki, 9 dekabr seçkilərinin dərhal ardından Paşinyan Türkiyə ilə heç bir şərt olmadan birbaşa əlaqələr qurmağa hazır olduqları ilə bağlı açıqlama verib.