​Ankaradan Qaşıqçı ilə bağlı Ər-Riyadın rədd tələbinə - Cavab

Baxış sayı:
7021

Səudiyyə Ərəbistanı rəhbərliyinin qətlə yetirilən jurnalist Camal Qaşıqçı cinayətində adı hallanan şübhəli şəxsləri Türkiyəyə ekstradisiya etməkdən imtina etməsi böyük xəyal qırıqlığıdır.
Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun çıxış edib.
"Ər-Riyad rəsmilərinin rədd tələbi o deməkdir ki, Qaşıqçı cinayətinin üstünü açmaq niyyətləri azdır", - Altun bildirib.
Qeyd edək ki, İstanbul Baş Prokurorluğu jurnalist Camal Qaşıqçının vəhşicəsinə öldürülməsindən dolayı Səudiyyənin Kəşfiyyat İdarəsinin rəhbərinin keçmiş müavini Əhməd Əsiri və vəliəhdin keçmiş müşaviri Səud Qahtani barəsində həbs qərarı verilməsi tələb etmişdi. Səudiyyə Ərəbistanı Xarici İşlər naziri Adil Cübeyr ekstradisiya tələbini rədd etdiklərini bəyan etmişdi.