Ankaradan əmr gəldi: Azərbaycanlı kapitanın sözləri...

Baxış sayı:
7834

“Akça Şippinq” şirkətinin borcu səbəbindən iyun ayından bəri İstanbulda saxlanılan “Strimlayn” gəmisinin azərbaycanlı kapitanı Bəhmən Bağırov boğazı bağlayacağı yönündə təhdidindən sonra ifadəyə çağırılıb.
Muxalifet.az xəbər verir ki, Bağırov ifadə vermək üçün İstanbul Liman İdarəsinə gedəcəyini sputnik -ə açıqlayıb.
“Ankaradan yazı gəlib. Hərəkətlərimin terror xarakterli olub-olmaması ilə bağlı ifadə verəcəyəm”.
Xatırladaq ki, bir neçə gün öncə yayılan məlumatda kapitan “Akça Şippinq”in 10 aydan çoxdur ki, dənizçilərə maaş verməməsini əsas gətirərək İstanbul boğazını bağlayacağını bəyan etmişdi.