​Ankaradan ABŞ-a SƏRT REAKSİYA: “Sərsəmləməyə davam edir”

Baxış sayı:
4885

Türkiyənin Xarici İşlər Nazirliyi ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü, polkovnik Rob Manningin PKK terror təşkilatının liderini “general Mazlum” adlandırmasına sərt reaksiya verib.
Muxalifət.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, nazirliyin sözçüsü Hami Aksoy Pentaqonun mətbuat xidmətinin rəhbərinin sərsəmləməyə davam etdiyini açıqlayıb.
 “ABŞ-dan gözləntilərimiz bəllidir. YPG-yə verdiyi silahları geri alsın. Pentaqon sözçüsü son Afrin açıqlaması ilə sərsəmləməyə davam edib”, - o deyib.
Xatırladaq ki, Manning PKK liderlərindən olan və “Mazlum Kobani” adından da istifadə “Şahin Cilo” kod adlı Fərhad Abdi Şahini “general Mazlum” adlandırıb.