Ankaradan ABŞ-a SƏRT MESAJ: F-35-ləri ala bilməsək...

Baxış sayı:
868

Döyüş təyyarəsinə ehtiyacımız var. F-35-ləri ala bilməsək, yeni alternativlər axtaracağıq.

“Anadolu” agentliyi xəbər verir ki, bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Tallində Estoniyanın xarici işlər naziri Urmas Reynsalu ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

Qeyd edək ki, Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri almasından sonra ABŞ Ankaranı F-35 proqramından çıxarıb. Ankaranın yeni alternativlər axtaracağını açıqlamasından sonra Moskva Türkiyəyə hərbi təyyarələr satmağa hazır olduğunu bəyan edib./Publika.az