Ankaradakı üçlü zirvədə Putinlə Ruhani arasındakı MARAQLI DİALOQ

Baxış sayı:
3145

Türkiyənin Prezident Sarayının bağçasında baş tutan üçlü zirvə yeməyində, manqala arxası doğru olan Ruhaninin "Nə bişirildiyini görmürəm, onsuz da nə bişəcək deyə, məndən soruşmadılar" zarafatına Putinin, "Ərdoğan hər zaman ən yaxşısını ikram edər, narahat olmayın" cavabını verdiyi öyrənilib.
 
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhaninin qatıldığı üçlü zirvədən maraqlı detallar ortaya çıxıb. Verilən məlumata görə, Ərdoğan, Putin və Ruhani, rəsmi proqram üçün bir araya gəldikləri Prezident Kompleksində, yemək zamanı xüsusi söhbət edib.
 
RUHANİNİ NƏ BİŞİRİLDİYİ MARAQLANDIRIB
 
Sarayın bağçasında manqalda kabab bişirilərkən Ruhani, nə bişirildiyi ilə maraqlanıb. Ərdoğan da, "Bu bişən çağ kababıdır, dönər kimidir, ancaq üfüqi vəziyyətdə bişir" - deyib.
Kürəyi manqal tərəfə olan Ruhani, "Nə bişirildiyini görmürəm, onsuz da nə bişəcək deyə, məndən soruşmadılar" - deyə, zarafat edəndə, bu zarafata cavab verən Putinin, "Ərdoğan hər zaman ən yaxşısını ikram edər, narahat olmayın" deyib.
Müxalifət.az