Ankaradakı terrordan sonra PKK-nın mövqeləri bombalandı

Fevralın 17-də axşam Türkiyənin paytaxtı Ankarada baş verən terror aktından sonra Türkiyə Hava Qüvvələrinə məxsus hərbi təyyarələr İraqın şimalında PKK-ya qarşı əməliyyat keçirib.
"Hürriyet"in verdiyi məlumata görə, Türkiyə hərbi təyyarələri İraqın şimalındakı Haftanin bölgəsindəki PKK mövqelərini bombalayıb. Əməliyyatda aralarında terror təşkilatının rəhbərliyinə daxil olan şəxslərin də olduğu 60-70 nəfərlik qrupun hədəf alındığı bildirilir.
Hələlik əməliyyatın nəticələri barədə məlumat yoxdur(apa).