​Ankarada “Məxməri çevriliş”lə bağlı hökm oxundu

Baxış sayı:
3028

Ankaranın ağır cinayətlər məhkəməsi 28 fevral 1997-ci il hadisələri ilə bağlı böyük rezonans doğurmuş proses üzrə yekun qərar çıxarıb.
Muxalifet.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Başqa adla “məxməri hərbi çevrilişi” adlandırılan  28 fevral hadisələri  Türkiyə Milli təhlükəsizlik şurasının 28 fevral 1997-ci il tarixli iclasında qəbul etdiyi bir sıra hərbi-siyasi qərarlarla bağlıdır.
Güc strukturları liderlərinin toplantısında baş nazir Necməttin Erbakanın, həmçinin onun başçılıq etdiyi nazirlər kabinetinin istefaya göndərilməsini nəzərdə tutan memorandum qəbul olunmuşdu.
Ankara məhkəməsini bugünkü qərarına əsasən, 28 fevral 1997-ci il hadisələrinin 21 iştirakçısı, o cümlədən yüksək çinli generallar ömürlük azadlıqdan məhrum edilib.
Ömürlük həbs cəzası alan məhkumlar arasında həmin ildə Türkiyənin təhsil üzrə ali şurasının (YÖK) başçısı olmuş Kemal Gürüz, həmçinin Milli təhlükəsizlik şurasının sabiq baş katibi general İlhan Kılıç da yer alır.
Qalmaqallı proses üzrə 68 nəfərin bəraət aldığı bildirilir.
Qeyd edək ki, 28 fevral hadisələri üzrə məhkəmə prosesi 2012-ci ildən bəri davam edib.