Ankarada DƏHŞƏTLİ QATAR QƏZASI: Çoxsayda yaralı var - Video

Baxış sayı:
4429

Ankara-Konya sürət qatarı qəzaya uğrayıb.
Muxalifet.az “Hürriyyət”ə istinadla xəbər verir ki, qatar Yeniməhəllə ilçəsinə bağlı Marşandiz stansiyasında yerüstü keçidə çırpılıb. Dağılan keçid vaqonların üstünə tökülüb. İki vaqonun aşdığı qəzada çoxsaylı insan yaralanıb. dağıntılar altında da yaralılar var.
Hadisə yerli vaxtla 6:40-da (Bakı vaxtı ilə 7:40-da) baş verib.