Ankarada dəhşətli qatar qəzası: 9 ölü, 47 yaralı - Video

Baxış sayı:
5026

Ankara-Konya sürət qatarı qəzaya uğrayıb.
Muxalifet.az “Hürriyyət”ə istinadla xəbər verir ki, qatar Yeniməhəllə ilçəsinə bağlı Marşandiz stansiyasında relsdən çıxıb və yerüstü keçidə çırpılıb. Dağılan keçid vaqonların üstünə tökülüb. İki vaqonun aşdığı qəzada çoxsaylı insan yaralanıb. Dağıntılar altında da yaralılar var.
Hadisə yerli vaxtla 6:40-da (Bakı vaxtı ilə 7:40-da) baş verib.

***

Ankara valisi Vasif Şahin qəza nəticəsində 4 nəfərin öldüyünü, 43 nəfərin isə yaralandığını bildirib.
Vali qatarın şəhər ətrafına gedən qatarlardan biri ilə toqquşduğunu deyib.

***

Ankara Valiliyi qəzada 7 nəfərin öldüyünü, 3-ü ağır olmaqla 46 nəfərin yaralandığını açıqlayıb.
Qəza ilə bağlı istintaq başlayıb.

***

Türkiyə Nəqliyyat naziri Məhməd Cahid Turxan ölənlərin sayının artığını bildirib:
“Son nəticələrə əsasən, qəza nəticəsində 3 maşinist, 6 sərnişin həlak olub”.
Turxan ümumilikdə 9 nəfərin öldüyünü, 47 nəfərin yaralandığını açıqlayıb.