Ankarada da CHP adına saxtakarlıq edilib - AKP ETİRAZ EDİR

Baxış sayı:
7603

AK Partiyanın Ankara təşkilatının sədri Xaqan Xan Özcan “Verilən səslərin düzgün nəticələrdə əks olunana qədər prosesin təqibçisi olacağıq, bu mənada bütün hüquqçularımız ilə birlikdə sabah 12180 seçki məntəqəsinin böyük bir hissəsinə hüququ yollardan lazımi etirazlar həyata keçiriləcəkdir. Bizim üçün bu seçki hələ başa çatmamışdır - deyib.
 
Ankaranın 25 rayonundakı 12180 seçki məntəqəsində 3 milyon 362 min 639 vətəndaşın səs verdiyini bildirən Özcan, 108 min 680 etibarsız bülletenin hansı səbəbdən etibarsız sayıldığının müəyyən olmadığını və məlumatların seçki yekun protokoluna xətalı olaraq yazıldığını deyib.

Müxalifət.az