"Ankara xarici siyasətdə nəzarəti itirib" - ABŞ MƏTBUATI

Baxış sayı: 70

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xarici siyasəti şəxsiləşdirməsi böyük problemlər yaradacaq.
Bu barədə ekspertlərin şərhlərinə yer verən "Vol Striit" qəzetində Ankaranın xarici siyasətdə nəzarəti itirdiyi bildirilib.
Qeyd edilir ki, ABŞ və Ərəb ölkələri ilə Qətərə görə üz-üzə qalan Türkiyə uzun perspektivdə ciddi problemlərlə məşğul olmaq məcburiyyətində qalacaq. Ərdoğanın Səudiyyə Ərəbistanı liderliyində Qətərə tətbiq olunan sanksiyalar qarşısında Dohanın yanında yer alması Yaxın Şərqdə sürpriz kimi qarşılanıb. Lakin bu vəziyyətin Ərdoğan üçün daha çox şəxsi olduğu bildirildi. Buna görə, Ankaradakı rəsmi şəxslər beynəlxalq basqının yönələcəyi növbəti hədəfin Ərdoğan hakimiyyəti olacağından qorxur.