Ankara əsirlərin kimə təhvil verildiyini bildirmir

Baxış sayı:
7528

Ankara sərhədləri yaxınlığında ələ keçirilən 18 nəfəri kimə təhvil verdiyinə aydınlıq gətirməyib. Həmin şəxlər Suriya hərbçiləridir.
Bu haqda Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, əsirlər Rusiya Federasiyası ilə koordinasiya əsasında təhvil verilib. Onlar oktyabrın 29-da Ras Əl-Ayn şəhərində əsir götürülüb.
Moskva və Ankara Türkiyənin oktyabrın 9-da hücuma başladığı zaman ələ keçirdiyi ərazilərin nəzarətini saxlaması haqda razılıq əldə edib. Rusiya və Suriya hərbi qüvvələri isə sərhədin qalan hissəsinə nəzarət edəcək.
Rusiya və Türkiyə həmçinin sərhəd bölgəsinin Türkiyə tərəfindən ələ keçirilən ərazilərinin şərqində və qərbində olan hissələrinə birgə nəzarət etmək haqda razılıq əldə edib.
Türkiyə və Rusiya Suriyanın şimal-şərq sərhədində cümə günü birgə patrul xidmətinə başlayıb.
Patrullar Türkiyənin Suriyadakı əməliyyat bölgəsinin qərbində və şərqində, dərinliyi 10 kilometr olan iki hissədə keşik çəkəcək. Türk qoşunları və müttəfiqi suriyalı müxalifət döyüşçüləri hazırda sərhəddəki Tal Abyad, Ras əl-Ayn və yaxınlıqdakı kəndlərə nəzarət edir. Çərşənbə axşamı nazirliyin açıqladığı bəyanata görə, patrulluq Qamışlı şəhərini istisna edir.
Türkiyənin müdafiə nazirliyi cümə günü Tweeter səhifəsində Türkiyə və Rusiya qoşunlarının Əl-Dərbasiyah bölgəsində patrulluğa zirehli maşınlar və dronlarla başladığını yazıb.