ANKARA İLƏ VAŞİNQTON ARASINDA QALMAQAL - Türkiyə ABŞ-ı hindulara qarşı törətdiyi soyqırımı tanımaqla hədələdi

Baxış sayı:
3934

"A Haber" telekanalında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 1915-ci ildə "erməni soyqırımı"nın tanınmasına cavab olaraq, Amerikanı müstəmləkəsinə alan zamanı hindlilərin soyqırımına dair qətnaməni təsdiqləməklə hədələyib. Muxalifet.az bu barədə "inosmi.ru"-ya istinadla bildirir. Ərdoğan Amerika millət vəkillərini, Ankaranın ictimaiyyətə açdığı 1915-ci il hadisələri ilə Osmanlı dövrünün bir milyon sənədini araşdırmağa çağırıb. “Parlamentimizin eyni qərarlarına da qarşı çıxmalıyıq və bunu edəcəyik. Amerikadan danışarkən hindular haqqında susmaq mümkündürmü?", - deyə Ərdoğan bildirib. Türkiyə prezidenti vurğulayıb ki, "hindlilərin məhv edilməsi ABŞ tarixinin biabırçı səhifəsidir". Muxalifet.az