ANKARA-BAĞDAD İTTİFAQININ BAŞ TUTMA EHTİMALI: kürd partiyaları arasında rəqabət PKK-nı gücləndirə bilər - TƏHLİL

Şimali İraq Kürdüstan Regional Rəhbərliyinin (KRR) müstəqillik referendumundan sonra Ankara Bağdadla sıx əlaqələr quraraq, İraq siyasətinə təsir göstərməyi planlaşdırır, amma yeni Türkiyə-İraq ittifaqı çətin ki, baş tutsun.
Bərzaninin istefası Türkiyənin İraq strategiyasına zərbədir. Uzun müddət İranın İraqdakı təsirinə qarşı çıxmağa çalışaraq Ankara seçki koalisiyalarını möhkəmləndirir və sünni baş nazir namizədlərinə açıqca dəstək verirdi. Ancaq İranın İraqdakı əsas xarici güclərdən biri olması üçün Tehranın əlində daha çox vasitələr vardı. O, həmçinin ticarət və iqtisadi əlaqələrlə, yumşaq gücünü artırırdı. Türkiyə bütün bu cəbhələrdə geridə qalır.
Son proseslər İranın İraqdakı təsirinin qapısını daha çox açır. İraq-Kürdüstan qarşıdurması yalnız İranın İraq hökumətinə təsirini gücləndirmir, həm də Bərzaninin əsas rəqibi, Kürdüstan Vətənpərvər Birliyi üzərində də böyük təsir yaradır.
PKK ilə mübarizədə Türkiyə Bərzaniyə güvənirdi. Türkiyənin Şimali İraqdakı bazası Kürdüstan İşçi Partiyasının (PKK) İraqda koordinasiya və silahlanma qabiliyyətinin azaldılmasında əhəmiyyətli bir rol oynayıb. Başiqa bazası KRR-nin razılığı ilə yaradılmışdı və o, PKK-nı təhdid altında saxlayırdı. Amma indi PKK Şimali İraqdakı kürd partiyaları arasında rəqabətdən faydalanıb güclənə bilər, Ankaranın tərəfdarı olmadığından bunun qarşısını almaq çətin olacaq.
Lakin İbadi İraqda Ankaranın ortağı ola bilməz. Birlik nümayişinə baxmayaraq, Ankara ilə Bağdad arasında kəskin fərqlər var. Bağdadda Türkiyəyə qarşı dərin etibarsızlıq hissi var. Türkiyənin Kərkükü köhnə Osmanlı torpağı sanmasından İraq hökuməti çox narahatdır.
KRR ilə pozuşması, Kərkükdəki türkmənlərlə etnik əlaqələr və Mosuldakı əsas siyasi aktyorlarla əlaqələri İraq millətçiləri arasında Türkiyə qarşı şübhələr doğurub. Başiqa da ikitərəfli əlaqələrdə gərgin nöqtə olaraq qalır.
Türkiyə KRR-nin saxlanmasına dəstək verdikcə İraq müttəfiq olmayacaq. Əksinə, Bağdad Ankaranın Şimali İraqda PKK əleyhinə əməliyyatlarına qarşı çıxacaq. O, PKK-dan Türkiyə əleyhinə bir kart olaraq istifadə edə bilər.
Ankara da İraq siyasətində dayanıqlı olmaq üçün Kərkük türkmənlərindən istifadə etmək istəyir. Ərdoğan tez-tez özünü onların müdafiəçi kimi görünür. Ancaq Türkiyə ilə mədəni və dil əlaqələrinə baxmayaraq, bir çox türkmənlər özünü İraqın bir hissəsi sayır və Türkiyənin müdaxiləsini əks-məhsuldar hesab edirlər.
Bəzi İraq türkmənləri də Türkiyənin KRR ilə güclü əlaqələrini hiss edirlər. Çünki 2014-cü ildə İraq ordusu şəhərdən qaçdıqdan sonra kürd qüvvələrinin Kərkükü ələ keçirilməsini Ankara sakitcə qəbul etdi.
Tərcümə: Strateq.az