Ankara, ABŞ-ın terrorçubaşlarına qoyduğu mükafata münasibət bildirdi

Baxış sayı:
436

Türkiyə prezidentinin sözçüsü İbrahim Qalın, kabinet toplantısından sonra mətbuat mənsublarına açıqlamalar verib. ABŞ-ın üç terrorçunun başına mükafat qoyması ilə bağlı bir suala Qalın, "Çox gecikmiş, amma müsbət bir addımdır. Bu addımın atılması müsbət olaraq qeyd edilməlidir. Burada əgər “Bu pul mükafatı ilə PKK ilə mücadilədə yanınızda olduğumuzu göstərməklə, amma eyni vaxtda olaraq PYD, YPG mövzusunda da siz tutumunuzu yumşaldın” kimi bir gözlənti varsa, bunun bir qarşılığının olmadığını açıqca ifadə etmək istəyirəm. Bir-birimizi aldatmağa yönəlik bir oyunun içində olmağı ABŞ kimi bir ölkəyə yaraşdırmırıq. Bizim üçün qəbul edilə biləcək şey deyil və bu, PYD YPG əleyhinə mövqeyimizi dəyişməyəcək " deyə cavab verib.
Müxalifət.az