"And içirəm ki, koronavirusa yoluxmamışam" - İRAN XİN BAŞÇISI

Baxış sayı:
3532

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin avstriyalı həmkarı ilə görüşdə maraqlı hadisə yaşanıb.

Muxalifet.az report-a istinadən xəbər verir ki, İran XİN başçısı Aleksandr Şallenberqlə görüşdə koronavirus infeksiyasını lağa qoyub.

“And içirəm ki, koronavirusa yoluxmamışam. Koronavirusdan təsirlənməmişəm, salamlaşa bilərik”. - o qeyd edib.

Xatırladaq ki, İran Səhiyyə Nazirliyi ölkədə 12 nəfərin koronavirusdan öldüyünü, 47 nəfərin də infeksiyaya yoluxduğunu təsdiqləyib.