​Anası xərçəngdən ölən keçmiş aktrisa intihar etdi - FOTO

Baxış sayı:
4966

Əvvəllər aktrisalıq edən 33 yaşlı qadın özünü öldürüb.
Muxalifet.az xarici mətbuata istinadla xəbər verir ki, anasının xərçəng xəstəliyinə yoluxduğuna görə stress keçirib, depressiyaya düşən ingilis aktrisa canına qəsd edib.
Anasının ölümündən sonra ağır günlər keçirən 33 yaşlı Kedi Stüart (Cady Stewart) dərman qəbul edərək intihar edib. Onun cəsədini yaxın rəfiqəsi Mançester şəhərindəki evindən tapıb.
O, özünü öldürməzdən əvvək rəfiqəsinə onun itinə baxması ilə bağlı xahiş məktubu ünvanlayıb. Mesajına cavab gəlmədiyini görən qız Kedinin intiharından şübhələnib və şübhələri düz çıxıb.
Qeyd edək ki, anası ilə birlikdə yaşayan Kedi əvvəllər aktrisalıq edib, sonra da supermarketdə satıcı və gözəllik salonunda işləyib.