​Anası intihara cəhd edən Hadisədən ŞOK QƏRAR - Bütün əlaqələri kəsdi

Baxış sayı:
3955

Məşhur müğənni Hadisə anası Gülnihal Açıqgözün intihar cəhdindən sonra vacib qərar verib.
“Sabah” xəbər verir ki, ifaçı bu xoşagəlməz hadisədən sonra menecerliyini edən bacısı Hülya Açıqgözlə yollarını ayırıb.
Müğənni eyni zamanda stilisti olan digər bacısı Dərya ilə də işləməmək qərarı verib. Artıq bacıların bir-biriləri ilə danışmadığı bildirilir.
Qeyd edək ki, Hadisənin anası qızlarını pul qazanmaq dərdinə düşüb onunla maraqlanmamaqda ittiham etmişdi./Teleqraf.com/