Anarxistlər polis bölməsinə hücum etdi

Baxış sayı:
7465

Afinada anarxistlər Akropol muzeyi yaxınlığındakı polis bölməsinə hücum ediblər.
Muxalifet.az xəbər verir ki, 40 nəfərdən ibarət anarxist qrupu karnaval maskaları taxaraq polis bölməsinə molotov koktelləri atıblar.
Hadisə nəticəsində bölməyə və yaxınlıqdakı avtomobillərə ciddi ziyan dəyib. Polis 10 nəfəri həbs edib. İstintaq aparılır.
Qeyd edək ki, hücum polisin martın 2-si Eksarxiya rayonunda apardığı reydə cavab kimi qiymətləndirilir.