Anar Nəcəfli “Azəryolservis”də vəzifə aldı

“Azəryolservis” ASC-də kadr dəyişikliyi baş verib.

APA xəbər verir ki, ASC-nin Mətbuat Katibliyinin rəisi Pünhan Mürsəliyev tutduğu vəzifədən azad olunub. P. Mürsəliyevin yerinə tanınmış jurnalist Anar Nəcəfli təyin olunub.

 A. Nəcəfli faktı təsdiqləyib.

 O əlavə edib ki, öz vəzifəsinin icrasına bu gündən etibarən başlayıb.