​Anar Ələkbərov I vitse-prezidentin köməkçisi təyin olundu

Heydər Əliyev Fondunun icraçı-direktoru, Heydər Əliyev Mərkəzinin direktoru, Avtomobil növləri federasiyasının rəhbəri Anar Ələkbərov Azərbaycan respublikasının I vitse-prezidenti Mehriban xanım Əliyevanın köməkçisi təyin olunub.
 
BAKU.WS-in əldə etdiyi məlumata görə, bununla bağlı rəsmi təyinat olub. Yaxın vaxtlarda ictimaiyyətə məlumat veriləcəyi gözlənilir.
Qeyd edək ki, Heydər Əliyev Fondunun rəsmi açılış mərasimi 10 may 2004-cü ildə baş tutub. Anar Ələkbərov həmin tarixdən Fondun icraçı-direktoru vəzifəsini daşıyıb.