“Anama gül aparıb əllərindən öpürəm...”- Bəhram Bağırzadə doğum günündən danışdı...

Baxış sayı:
14035

Bu gün əməkdar artist, naşir, şoumen Bəhram Bağırzadənin doğum günüdür. B.Bağırzadə 1972-ci ilin bu günü Bakıda ziyalı ailəsində anadan olub.
Doğum günüylə bağlı Moderator.az-a danışan B.Bağırzadə öz arzularını dilə gətirib:
“Təbrikiniz üçün çox sağ olun. Doğum günümü hər il olduğu kimi bu il də evdə ailə üzvlərimlə birlikdə keçirirəm. Hər il anama bir buket gül alıb aparıram və əllərindən öpürəm. Qaldı ki, belə gündə arzum odur ki, Azərbaycan millətini dünyada ən sağlam və ən savadlı görüm. Diqqətiniz üçün hamınıza bir daha təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, B.Bağırzadə 1991-ci ildən “Bakılı oğlanlar” ŞHK komandasının üzvüdür. 2012-ci ildə isə Kitab nominasiyasında “Humay” milli mükafatına layiq görülüb. 2015-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb.