​ANAMA-dan əməliyyat: 202 partlamamış hərbi sursat tapıldı

Baxış sayı:
2434

2018-ci ilin dekabr ayı ərzində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Ağcabədi, Ağdam, Beyləqan, Cəbrayıl, Füzuli, Xaçmaz, Qazax, Lənkəran, Şəmkir, Tərtər, Zaqatala rayonları və Bakı, Gəncə, Sumqayıt şəhərləri ərazisində 596,638 kvadratmetr (59.66 hektar) ərazi yoxlanılıb.
ANAMA-dan verilən məlumata görə, 202 partlamamış hərbi sursat və 2 piyada əleyhinə mina (cəmi 204) aşkar edilərək zərərsizləşdirilib.
Əməliyyatlarda 478 nəfər əməliyyat heyəti, 135 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edir. İndiyədək cəmi 532,169,188 kvadratmetr (53,216.92 hektar) ərazi təmizlənib, 801,155 mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.
Dekabr ayı ərzində Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzindən 11, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən 9, Dövlət Sərhəd Xidmətindən 3 və Zaqatala rayon polis şöbəsindən 1 müraciət daxil olub. Müraciətlər əsasında 6,635 kvadratmetr ərazi təmizlənib, 174 partlamamış hərbi sursat aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə agentliyin mərkəzi məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.