“Anam pulları hamamda gizlətdi, çünki...” — Mahsun Kırmızıgül

Baxış sayı:
10855

Məşhur müğənni Mahsun Kırmızıgül anası Faika Arıkın evindən oğurlanan 2 milyon lirə (təxminən 643 min 400 manat) ilə bağlı açıqlama verib.
Muxalifet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mahsun anasına pulları banka qoymağı təklif etdiyini, ancaq onun buna razı olmadığını söyləyib.
“Anamın 2 milyon lirəsinin olduğunu bilmirdim. 30 ildir arzuladığı məscidi tikdirmək üçün yığdığı pullar oğurlananda çox pis olmuşdu. Pulun varsa banka qoyaq dedim. Ancaq dindar olduğu üçün faiz və bank təklifini qəbul etmədi”, - deyə Mahsun vurğulayıb.
Qeyd edək ki, polis soyğunçuları artıq həbs edib.