"Anadolu" agentliyi: “Bəşər Əsəd Xan Şeyxunu ələ keçirdi”

Baxış sayı:
205

İranla Rusiyanın muzdlu qoşunlarından dəstək alan Əsəd rejimi Astana və Soçi razılaşmalarına rəğmən Xan Şeyxun bölgəsini ələ keçirib.

Musavat.com bu barədə Türkiyə mətbuatına istinadən məlumat verir.

Rejim qüvvələri ötən gün qərb istiqamətindən əraziyə daxil olaraq Nimr və Fakir nöqtələrini mühasirəyə almışdı. Əsəd rejimi Xan Şeyxunu ələ keçirərək bir sıra strateji möqelərin də nəzarətinə sahib olub.

Rusiya Əsəd rejimi və İran qüvvələrinə havadan dəstək verib.

İdlibə bağlı Xan Şeyxun bölgəsində 2017-ci il aprel 4-də rejimin bölgəyə etdiyi kimyəvi silah tətbiqindən sonra yüzə yaxın insan həyatını itirmişdi.

Türkiyə, Rusiya və İran 2017-ci ilin mayında Astanada təşkil olunan yığıncaqda Xan Şeyxunun əhatə etdiyi bölgəni "İdlib Gərginliyinin Azaldılması" bölgəsi elan etmişdilər.

Lakin Rusiya və İranın dəstləyiylə Bəşər Əəsd bu bölgəyə hücumları davam etdirdi.

Hücumlar nəticəsində 112 min insan yurdundan didərgin düşüb.

Hazırda bölgədə mülki əhali yaşamır.