Ana və üç azyaşlı övladı yanğında həlak oldu - FOTO

Baxış sayı:
1273

Türkiyənin Mardin vilayətində yaşayış evində yanğın baş verib.

“Demirören Haber Ajansı”nın (DHA) verdiyi xəbərə görə, hadisə Mazıdağı rayonunda baş verib.Yanğın nəticəsində evdə olan 34 yaşlı Nisan Tur və qızları 1 yaşlı Miray, 5 yaşlı Lorin, 7 yaşlı Ecrin həlak olublar. Onların cəsədləri ekspertiza üçün Mardin Dövlət Xəstəxanasına aparılıb.Ana və üç uşağının yanğın zamanı ifraz olunan karbonmonoksit qazından zəhərlənib öldükləri məlum olub.

Faktla bağlı araşdırma başlayıb.