Ana və 2 azyaşlı qızı itkin düşüb - BAKIDA

Bakıda ana iki azyaşlı övladı ilə birgə itkin düşüb.
 
Hadisə Suraxanı rayonunda qeydə alınıb. Rayon sakinləri – 1997-ci il təvəllüdlü Məhbubə Hüseynovanın azyaşlı qızları, 4 yaşlı Səltənət və 3 yaşlı Xədicə ilə birgə itkün düşmələri barədə polisə məlumat daxil olub.
 Daxil olan məlumat əsasında axtarışlara başlanıb./apa