​Ana uşaqlarını satıb telefon aldı

Baxış sayı:
16930

Çinin Çjetszyan vilayətində ananı uşaqlarını satdığına görə həbs ediblər. Onun yeni doğulan övladlarını 65 min yuana (təxminən 9150 dollar) satdığı məlum olub.
 
Muxalifet.az xəbər verir ki, çinli ana iki uşağının müqabilində əldə etdiyi qazancla özünə yeni telefon alıb. Qadın pulun hamısını özünə xərcləyə bilməyib. Uşaqların atası olmasını inkar edən kişi də sövdələşmədən sonra ortaya çıxıb. Ata pulun yarısını ananın əlindən alıb. Adını belə qoyub ki, çoxlu borcları var. Ana da kredit borclarını ödəməyə imkan tapıb.
 
Uşaqları Anhoy vilayətində tapıblar. Körpələri ananın valideynləri böyüdəcək.
 
Keçən il honkonqlu aktyor Cordan Çan vaxtilə valideynlərinin onun qardaşlarından birini satdığını etiraf etmişdi. Aktyor qardaşını çox axtarsa da, tapa bilməyib./Bizimyol