Ana öləcəyini bilsə də, körpəsini dünyaya gətirdi

Baxış sayı:
5554

ABŞ-da bir ana öləcəyini bilməsinə baxmayaraq yenə də körpəsini dünyaya gətirib. ABŞ-da yaşanan bu hadisə dünyanın gündəminə bomba kimi düşüb. Krysta Davis öləcəyini biləsinə rəğmən yenə də orqanlarını ehtiyacı olan uşaqlara bağışlamaq üçün körpəsini dünyaya gətirib. ABŞ-da yaşayan Krysta Davis çox çətin bir qərar verib. Ona körpəsinin doğulsa da öləcəyi bildirilsə də, digər körpələrə orqan dəstəyi olmaq üçün öz körpəsini doğurub. Körpəni istədi. “Mirror” qəzetinin xəbərinə görə, Davis ailəsi körpələrinin doğulsa da beyninin bir hissəsinin olmayacağını öyrənib. Ancaq körpənin digər orqanlarının sağlam olduğu üçün körpənin dünyaya gəlməsinə və sağlam orqanlarının digər ehtiyacı olan uşaqlara verilməsinə qərar veriblər. Körpə doğulandan sonra yalnız bir həftə yaşaya bilib. Ancaq onun orqanları digər iki körpəyə həyat verib. Körpənin ağciyəri də bir araşdırma mərkəzinə göndərilib. Müxalifət.az